NATO-nun baş auditorunun Belçikada meyiti tapılıb

NATO-nun baş auditorunun Belçikada meyiti tapılıb
# 22 dekabr 2016 11:05 (UTC +04:00)

NATO-nun baş auditoru İv Şandelonun Belçikanın Anden şəhərində meyiti tapılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onun meyiti iş yerindən 140 və yaşadığı yerdən 100 km uzaq olan ərazidə aşlar edilib.

Bəzi mənbələrə görə, NATO əməkdaşı özünü başından güllələyib, lakin ailəsi bu versiyanı təkzib edir.

60 yaşlı İv Şandelonun adına 3 odlu silah qeydiyyata alınıb. Lakin atəş qeydiyyatsız silahdan açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR