Əlcəzairdə etiraz aksiyalarında 200-dən çox insan xəsarət alıb

Əlcəzairdə etiraz aksiyalarında 200-dən çox insan xəsarət alıb
# 10 mart 2019 07:39 (UTC +04:00)

Əlcəzairdə 82 yaşlı Əbdüləziz Buteflikanın beşinci dəfə prezident postuna iddialı olduğunu açıqlamasından sonra başlayan etiraz aksiyaları davam edir.

ONA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, aksiyalarda polislə toqquşmalarda 100-dən çox insan xəsarət alıb.

Martın 9-da xəstəxanalara daş və rezin güllə yarası almış, o cümlədən gözyaşardıcı qazın tətbiqi ilə əlaqədar səhhətində problem yaranmış insanlar gətirilib. Əlcəzair hakimiyyəti isə 100-dən çox polisin xəsarət aldığını açıqlayıb.

Aksiyaların gedişində ölkənin ən qədim muzeyi talanıb. Naməlum şəxs muzeyi yandırmağa cəhd edib, bir neçə eksponat oğurlanıb. Yanğını qısa müddətdə söndürmək mümkün olub.

Aksiyalarla əlaqədar Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ölkədə yaz tətilinin 11 mart deyil, 10 martda başlayacağını bəyan edib. Bu, aksiyalarda əsas qüvvələrdən biri kimi çıxış edən tələbələrin yataqxanalardan tez çıxmasına səbəb olacaq. Aksiyalara 1,7 milyon tələbə qatılıb ki, onların da 630 mini yataqxanalarda yaşayır.

Qeyd edək ki, A. Buteflika 1999-cu ildən Əlcəzair prezidentidir. O, 2013-cü ildə insult keçirdikdən sonra əlil arabasına məhkum olub, ictimaiyyət qarşısına nadir hallarda çıxır. A. Buteflikanın hazırda Cenevrədə universitet xəstəxanalarının birində müalicə aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR