Zaqatalada 22 yaşlı gənc özünə xəsarət yetirib

Zaqatalada 22 yaşlı gənc özünə xəsarət yetirib
# 11 sentyabr 2017 20:04 (UTC +04:00)

Zaqatalada 22 yaşlı gənc özünə xəsarət yetirib.

Zaqatala Mərkəzi rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 21 radələrində rayonun Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Elvin Akif oğlu Abdullayev qarın nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 22 yaşlı Elvin Abdullayev hələ ki məlum olmayan səbəbdən çəngəl ilə özünə xəsarət yetirib. Hazırda MRX-da Elvin Abdullayevin müayinəsinin aparıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR