Bakıda binaya bomba qoyulması barədə polisə yalan məlumat verən şəxsin şikayəti təmin edilməyib

Bakıda binaya bomba qoyulması barədə polisə yalan məlumat verən şəxsin şikayəti təmin edilməyib
# 29 noyabr 2017 16:28 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, K. Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın zirzəmisinə “geksoken” adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib.

Həbs edilən K. Mikayılova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Mikayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR