Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
# 07 sentyabr 2015 14:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR