"Diplomatik fəaliyyət haqqında” qanuna dəyişiklik ediləcək

"Diplomatik fəaliyyət haqqında” qanuna dəyişiklik ediləcək
# 08 noyabr 2017 09:25 (UTC +04:00)

Diplomatların fəaliyyəti ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər ediləcək.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlament komitələrinin birgə iclasında büdcə müzakirələrində deyib.

O bildirib ki, bir sıra sənədlərə, xüsusən "Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyinin maliyyələşməsi təkmilləşdiriləcək: “Bu dəyişikliklərə əsasən diplomatik fəaliyyətin və diplomatların maliyyələşməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Qanuna ediləcək dəyişikliklər Milli Məclisdə müzakirə olunub, qəbul edildikdən sonra həm XİN-də çalışanlar, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşlarında dürüstləşmə həyata keçiriləcək. Diplomatların maaşlarının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Naziriliyindən vəsait ayrılması nəzərdə tutulur. Bununla bağlı məsələnin büdcədə indidən əksi tapması yaxşı olardı”.

Komitə sədri qeyd edib ki, son dövrlər beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır: “Ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq onun həcminin artırlmasını təklif edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR