“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasına sədr təyin edilib

“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasına sədr təyin edilib
# 24 noyabr 2017 14:33 (UTC +04:00)

“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının sədri vəzifəsinə "Bank VTB" publik səhmdar cəmiyyətinin İdarə Heyəti sədrinin - prezidentinin müavini Denis Bortnikov təsdiq edilib.

Bankdan "APA-Economics”ə verilən xəbərə görə, D. Bortnikov 20 ildən artıqdır bank sahəsində və bu müddətin 11 ilini VTB Qrupda çalışır. O, ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Sankt-Peterburq dövlət iqtisadiyyat universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR