MDB hökumət başçıları Şurasının iclası keçirilir

MDB hökumət başçıları Şurasının iclası keçirilir
# 03 noyabr 2017 07:53 (UTC +04:00)

Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB hökumət başçıları Şurasının iclası keçirilir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iclasın gündəliyində iqtisadi, maliyyə, siyasi sahələrə dair müzakirə olunacaq 19 məsələ var.

Toplantıda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın baş naziri iştirak edir. Azərbaycan və Türkmənistan baş nazirin müavini səviyyəsində təmsil olunur. Moldovadan isə MDB orqanları yanında səlahiyyətli nümayəndə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR