16 özəl tibb müəssisəsi lisenziyanın uzadılması üçün Səhiyyə Nazirliyinə müraciət edib

16 özəl tibb müəssisəsi lisenziyanın uzadılması üçün Səhiyyə Nazirliyinə müraciət edib
# 11 avqust 2015 13:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda 16 özəl tibb müəssisəsi xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün rəsmi qaydada Səhiyyə Nazirliyinə müraciət edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

L. Bayramova bildirib ki, hazırda Səhiyyə Nazirliyində müraciət edən 16 özəl tibb müəssisəsinin müraciətinə baxılır.

Qeyd edək ki, bu ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin - “VİP Dental” MMC, “Loğman Klinikası” MMC, “İnvitro” MMC, “Starmed” MMC, “Faiq-96” Müəssisəsi, “Nihat Klinikası” MMC-nin fəaliyyəti müəyyən olunmuş tarixədək dayandırılıb.

Üç özəl tibb müəssisəsinə - “Zaman Tibb Mərkəzi” MMC, “Assmed” MMC, “Medservis” verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR