Ötən gün baş verən yol qəzalarında 10 nəfər ölüb

Ötən gün baş verən yol qəzalarında 10 nəfər ölüb
# 06 dekabr 2017 07:53 (UTC +04:00)

Azərbaycanda ötən gün baş verən yol qəzalarında 10 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Qəzalardan ən ağırı Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb. Həmin qəzada 5 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR