Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub - YENİLƏNİB

Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub - <span style="color: red;">YENİLƏNİB
# 22 may 2018 11:02 (UTC +04:00)

Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.

“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verib.

Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib.

Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə salıb.

Dövlət başçısı istehsal prosesi ilə tanış olub.

*** 09.56

Bu gün Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev açılışda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR