Azərbaycan-Almaniya hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib

Azərbaycan-Almaniya hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib
# 18 noyabr 2016 17:32 (UTC +04:00)

Noyabrın 15-17-də Almaniya müdafiə nazirliyində Almaniya müdafiə nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin təmsilçiləri və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

2016-cı ilin nəticələri və ikitərəfli əməkdaşlıq proqramının nailiyyətləri ümumiləşdirilib, 2017-ci il üçün ikitərəfli əməkdaşlıq proqramının layihəsi tərtib olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq və hərbi təhsil sahəsində Azərbaycan-Almaniya birgə fəaliyyətini yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR