2017-ci ildə Azərbaycan Mərkəzi Bankının 19 əməkdaşı işdən çıxıb

2017-ci ildə Azərbaycan Mərkəzi Bankının 19 əməkdaşı işdən çıxıb
# 30 aprel 2018 15:29 (UTC +04:00)

2017-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) işçilərinin sayı azalıb.

"APA-Economics" AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 31 dekabr 2017-ci il tarixinə AMB-nin 575 işçisi fəaliyyət göstərib.

Beləliklə 2017-ci ildə AMB-nin işçilərinin sayı 19 nəfər azalıb. Qeyd edək ki, 31 dekabr 2016-cı il tarixinə AMB-nin 594 işçisi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR