Rusiyalı deputat Rusiya-Azərbaycan-İran parlament üçlüyünün yaradılması təşəbbüsü ilə çıxış edib

Rusiyalı deputat Rusiya-Azərbaycan-İran parlament üçlüyünün yaradılması təşəbbüsü ilə çıxış edib
# 05 dekabr 2017 10:38 (UTC +04:00)

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin rəhbəri Leonid Slutski Rusiya-Azərbaycan-İran parlament üçlüyünün yaradılmasını təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir təşəbbüslə o, İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ilə birgə keçirilən iclasda səsləndirib.

Deputat bildirib ki, üç ölkənin prezidenti şimal-cənub vertikalı üzrə dəmiryol xətti, elektrik enerjisi, neft-qaz kimi sahələrdə əməkdaşlıq istiqamətində çalışır: “Bir neçə ildir bu format davam edir. Əminəm ki, biz Azərbaycanın iştirakı ilə parlament üçlüyü barədə də düşünə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR