SOCAR-da qanvermə aksiyası keçirilib

SOCAR-da qanvermə aksiyası keçirilib
# 15 noyabr 2016 11:54 (UTC +04:00)

Bu gün “SOCAR-Tower”də qanvermə aksiyası keçirilib.

APA-Economics”in məlumatına görə, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib və ölkənin birinci xanımı hər kəsi talassemiyalı uşaqlara yardım etməyə çağırıb.

Bu tədbirlərin həyata keçirilməsinin təşkilatçılarından Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına “Elmi-Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutu”, “”Talassemiya Assosiasiyası” SOCAR prezidentinə müraciət edərək, talassemiyalı uşaqlara yardım məqsədilə SOCAR-ın struktur bölmələrində “Donor günü” keçirilməsini xahiş edib.

SOCAR 2009-cu ildən etibarən bu xeyirxah təşəbbüsə qoşulub və ötən müddət ərzində SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında həvəslə iştirak edirlər.

İndiyədək SOCAR-ın 27 573 nəfər əməkdaşı bu humanist aksiyada donorluq edərək qan veriblər.

SOCAR-ın Tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə bildirib ki, bu aksiya 2017-ci ilin may ayınadək SOCAR-ın bütün strukturlarında həyata keçiriləcək. O, bu aksiyanın könüllü olduğunu vurğulayıb. F. Əlizadə bildirib ki, bu tədbirdə çoxlu miqdarda qan toplanıb.

Qeyd edək ki, qanvermə aksiyasında SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR