Müdafiə naziri İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

Müdafiə naziri İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb
# 18 iyul 2017 12:46 (UTC +04:00)

İyulun 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan ilə İspaniya arasında hərbi, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, ölkələrimiz arasında hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Diplomat ölkəmizdə fəaliyyəti dövründə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib. O, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR