Rusiya XİN rəhbəri ukraynalı həmkarı ilə danışıqlar aparıb

Rusiya XİN rəhbəri ukraynalı həmkarı ilə danışıqlar aparıb
# 18 iyul 2015 21:49 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Rusiya tərəfi Şirokino qəsəbəsinin demilitarizasiyasının (silahsızlaşdırılması) yekunlaşdırılmasının vacibliyini qeyd edib. Lavrov separatçıların bu istiqamətdə artıq geri çəkildiyini və Ukrayna ordusunun da geri çəkilməsinin vacibliyini vurğulayıb. Təmas xəttində gərginliyin aşağı salınması üçün praktiki addımların atılması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd edilib.

Lavrov həmçinin Ukrayna konstitusiya islahatı çərçivəsində Donbasın xüsusi statusunun təmin edilməsinin əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR