Ağcabədidə 6 otaqlı evdə yanğın olub

Ağcabədidə 6 otaqlı evdə yanğın olub
# 11 oktyabr 2016 02:13 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 270 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 126 m² yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR