Şamaxıda 22 yaşlı qadın özünü asıb

Şamaxıda 22 yaşlı qadın özünü asıb
# 12 oktyabr 2016 08:35 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ovçulu kəndində kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Türkan Mətləb qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Altı il əvvəl ailə quran və övladı olmayan 22 yaşlı qadının özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR