Ramin Quluzadə: "Bakı-Tbilisi-Qars qarşılıqlı investisiyaların artmasına imkan verəcək"

Ramin Quluzadə: "Bakı-Tbilisi-Qars qarşılıqlı investisiyaların artmasına imkan verəcək"
# 28 noyabr 2017 13:09 (UTC +04:00)

"Azərbaycanda nəqliyyat sektoruna böyük önəm verilir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Tbilisidə keçirilən beynəlxalq "İpək yolu" forumunda Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazirin sözlərinə görə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın böyük nəqliyyat potensialı var: "Azərbaycan regional layihələrin inkişafına öz töhfəsini verir. Azərbaycanın tranzit imkanlarından tam istifadə olunması üçün bir sıra layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə uğurlu əməkdaşlığın nəticəsidir. Bakı-Tbilisi-Qars ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsi və qarşılıqlı investisiyaların artmasına imkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR