Sumqayıt sakini bıçaqlanıb

Sumqayıt sakini bıçaqlanıb
# 08 yanvar 2018 09:18 (UTC +04:00)

Sumqayıt sakini bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 6-da Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə bir nəfərin baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla zərərçəkmişin Köhnə Corat qəsəbə sakini Rauf Heybətov olması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Nəzərov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR