Masazırda evlərin yaxınlığında torpaq uçqunu olub

Masazırda evlərin yaxınlığında torpaq uçqunu olub
# 19 oktyabr 2016 11:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Son günlər yağan yağışların təsirindən Masazırda Mirzə İbrahimov küçəsi boyunca dik yamacın aşağı hissəsində fərdi həyət evlərinin arxasındakı istinad divarları bir neçə yerdən uçub, uçqun hadisəsi baş verib”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, Masazırda Qır gölü ətrafında sürüşmə sahəsində də aktivlik müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR