Türkiyədə PKK-ya qarşı əməliyyatda iki əsgər şəhid olub, ikisi yaralanıb

Türkiyədə PKK-ya qarşı əməliyyatda iki əsgər şəhid olub, ikisi yaralanıb
# 14 yanvar 2017 08:09 (UTC +04:00)

Türkiyənin Bitlis şəhərində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda 2 əsgər şəhid olub, 2-i yaralanıb.

APA-nın “Habertürk”-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Bitlis Jandarma Komandalığı yayıb.

Yaralı əsgərlərin vəziyyətinin ağır olmadığı bildirilib.

"Qüvvələrimiz yerli əhalinin dəstəyi ilə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bölgədə terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirəcək”, - deyə məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR