ABŞ-Gürcüstan strateji tərəfdaşlıq Xartiyası çərçivəsində növbəti görüş keçiriləcək

ABŞ-Gürcüstan strateji tərəfdaşlıq Xartiyası çərçivəsində növbəti görüş keçiriləcək
# 07 sentyabr 2017 19:08 (UTC +04:00)

Sentyabrın 8-də Vaşinqtonda ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə işçi qrupunun növbəti görüşü keçiriləcək.

APA-nın yerli bürosu Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə tərəflər Gürcüstanın müdafiə sahəsində həyata keçirilən islahatlar, ikitərəfli, regional və Avroatlantik əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Gürcüstan tərəfindən görüşdə xarici işlər nazirinin birinci müavini David Zalkaliani və müdafiə nazirinin birinci müavini Lela Çikovani iştirak edəcək.

Görüşdə həmçinin regionda təhlükəsizlik və Gürcüstanın işğal altında olan ərazilərində vəziyyət də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq Xartiyası 2009-cu ilin yanvar ayında Vaşinqtonda imzalanıb. Sənəd iki ölkə arasında əməkdaşlıq üzrə prioritet istiqamətləri müəyyən edir. Xartiya çərçivəsində demokratiya və idarəetmə, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, ticarət və energetika, həmçinin xalqlar arasında münasibətlər və mədəni mübadilə üzrə dörd ikitərəfli işçi qrup fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR