Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 14 iyul 2017 10:24 (UTC +04:00)

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xatınlı kəndində "Mitsubishi" ilə "Mercedes" markalı minik avtomobilləri toquşub.

Avtomobillərin birində olan Xatınlı kənd sakinləri - 1984-cü il təvəllüdlü Aslanov Asəf Ağarza oğlu və 1981-ci il təvəllüdlü Orucov Samir Qara oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR