Nazir: “Güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 1,3 dəfə artıb”

Nazir: “Güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 1,3 dəfə artıb”
# 31 iyul 2017 13:49 (UTC +04:00)

Hesabat dövründə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunaraq Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb. MSN-dən APA-ya verilən məlumata görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov MSN-nin müəssisələrində 2017-ci ilin birinci yarım ilinin yekunlarına dair səyyar kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, birinci yarım ildə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artıb: “İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb. Hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının yaradılması və istehsalı üzrə işlər uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib. Hazırda, zirehli maşının seriyalı istehsalının həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, nazirliyin müəssisələri tərəfindən iki məmulat üzrə -“Yalquzaq” snayper tüfənginin və F-1 tipli təlim əl qumbarasının istehsalat hazırlığı işləri tam başa çatdırılıb və seriyalı istehsalı təşkil olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR