Bakıda marketdən oğurluq olub.
APA-nın məlumatına görə, fevralın 15-də Nəsimi rayonu Ə. Hüseynov küçəsində yerləşən marketdən qida oğurlayan naməlum şəxs market mühafizəçisi tərəfindən müəyyən edilib. Naməlum şəxs bıçaqla mühafizəçiyə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Həmin şəxs fevralın 19-da eyni marketə gələrək, market əməkdaşlarına bıçaqla hədə-qorxu gəlib və quldurluq törədib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməli törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Cabbarov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.