Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda avtomobil piyadanı vurub
# 18 aprel 2017 09:31 (UTC +04:00)

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb.

90 KS 065 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomaşınla yolu keçmək istəyən Haftoni qəsəbə sakini, 57 yaşlı Əzizə Məmmədova vurulub.

Qadın Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR