Dənizə neft axıdan və bunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxslər müəyyənləşib

Dənizə neft axıdan və bunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxslər müəyyənləşib
# 27 dekabr 2019 17:56 (UTC +04:00)

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Neft Şirkətinini mətbuat xidmətlərindən APA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən ediliblər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf edibnlər.

Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR