AAYDA Bakı avtovağzalı yaxınlığında yeni tunelin tikintisi layihəsini hökumətə təqdim edib

AAYDA Bakı avtovağzalı yaxınlığında yeni tunelin tikintisi layihəsini hökumətə təqdim edib
# 21 fevral 2020 10:49 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) bu ilin may ayının sonunadək Bakı-Sumqayıt yolunun 6,5-14 kilometrlik hissəsində yenidənqurma işlərini bitirmək planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun sözügedən hissəsinin yenidən qurulmasına üç ay bundan öncə başlanılıb.

Bununla yanaşı, Bakı-Sumqayıt yolundan istifadə edənlər “20 yanvar dairəsi – Masazır körpüsü” adlanan hissəsində yeni yol tənzimlənməsini hiss edəcəklər.

S. Məmmədov onu da əlavə edib ki, Bakı Beynəlxalq Avtovağzal yaxınlığında yeni tunelin çəkilməsi ilə bağlı layihə artıq hökumətə təqdim edilib.

"Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə layihəyə baxılacaq, layihənin icrası təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq", - deyə S. Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR