DGK xətti ilə büdcəyə daxilolmalar 17,3% artıb

DGK xətti ilə büdcəyə daxilolmalar 17,3% artıb
# 13 yanvar 2017 09:49 (UTC +04:00)

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 235 mln. 5,4 min manat vəsait daxil olub. "APA-Economics" komitənin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 34 mln. 199,7 min manat və ya 17,31% çoxdur.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə daxilolmalar 15 mln. 389,1 min manat və ya 7% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 53 mln. 337,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 158 mln. 553,2 min manat, aksizlər üzrə 5 mln. 37,7 min manat, yol vergisi üzrə isə 2 mln. 687,6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR