"Ford" mənfəətini 50%-dən çox azaldıb

"Ford" mənfəətini 50%-dən çox azaldıb
# 27 oktyabr 2016 15:43 (UTC +04:00)

"Ford Motor Co." III rübdə xalis mənfəətini 50%-dən çox azaldıb. "APA-Economics" xəbər verir ki, buna korporasiyanın satışlarının zəifləməsi, avtomobillərin geri çağırılması ilə əlaqədar xərclərinin artması və digər bu kimi amillər səbəb olub.


Korporasiya illik 10,2 mlrd. dollar həcmində mənfəət əldə edəcəyi ilə bağlı proqnozu təsdiqləyib.

Ötən illə müqayisədə bu il "Ford"un 1 səhm üzrə xalis mənfəəti 2,2 mlrd. dollardan 961 mln. dollara qədər və ya 55 sentdən 24 sentə qədər azalıb.

Şirkətin gəlirləri cari ilin III rübündə 6% azalaraq 35,9 mlrd. dollar, əməliyyat gəlirləri isə 8% azalaraq 21,8 mlrd. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR