Gəncə sakini sirkə turşusundan zəhərlənib

Gəncə sakini sirkə turşusundan zəhərlənib
# 11 oktyabr 2016 12:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində sirkə turşusundan zəhərlənmə faktı baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1989-cu il təvəllüdlü Namiq Həsənov sirkə turşusundan kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Ailə üzvləri onun butulkaya tökülən sirkəni pivə zənn edərək içdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR