Ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi 3%-dən çox artıb

Ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi 3%-dən çox artıb
# 18 yanvar 2018 07:47 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2016-cı illə müqayisədə real ifadədə 3,4% artaraq 1401,8 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 57,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı illə müqayisədə 3,7% artaraq 589,6 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR