Göyçayda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Göyçayda iki minik avtomobili toqquşub, xəsarət alanlar var
# 02 yanvar 2017 16:48 (UTC +04:00)

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

Məlumata görə, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay şəhərinin Bakı küçəsindəki 25 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Elnur Rəhimov və onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əzizə Salmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların vəziyyəti normallaşıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR