Bəstəkar Tahir Əkbərin dəfn olunacağı yer müəyyənləşib

 Bəstəkar Tahir Əkbərin dəfn olunacağı yer müəyyənləşib
# 03 mart 2018 08:15 (UTC +04:00)

Bəstəkar Tahir Əkbər bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-ya Tahir Əkbərin ailəsindən məlumat verilib.

Bəstəkarla vida mərasimi bu gün Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra ötən gün, saat 21:30 radələrində öz evində vəfat edib.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Tahir Əkbər 1946-cı ildə anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.

Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları həmçinin Türkiyə müğənnilərinin də ifalarında səslənib. 2006-cı ildə filarmoniyada Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR