Fidel Kastronun külü dəfn edilib - YENİLƏNİB

Fidel Kastronun külü dəfn edilib - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2016 14:29 (UTC +04:00)

Kuba inqilabının lideri Fidel Kastronun külü dəfn edilib.

APA-nın məlumatına görə, bu barədə “Telesur” telekanalı məlumat yayıb.

F. Kastronun külü Santyaqo-de-Kubanın Santa-İfiqeniya məzarlığında dəfn edilib. Kuba Dövlət Televiziyası dəfn mərasimindən canlı yayım verməyib.

Qeyd edək ki, dünən Kuba lideri Raul Kastro bildirib ki, sadə, təvazökar dəfn mərasimi keçiriləcək.

***

saat 16.16

Kuba inqilabının lideri Fidel Kastronun külünün dəfn edilməsi mərasimi başlayıb.

APA-nın məlumatına görə, bu barədə Kuba Dövlət Televiziyası məlumat yayıb.

F. Kastronun külü kortejlə Santyaqo-de-Kubanın Santa-İfiqeniya məzarlığına gətirilib. Korteji minlərlə şəhər sakini müşayiət edib.

Qeyd edək ki, dünən Kuba lideri Raul Kastro bildirib ki, sadə, təvazökar dəfn mərasimi keçiriləcək.

Xatırladaq ki, vəsiyyətinə uyğun olaraq F. Kastronun nəşi yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR