"Azercell" abunəçilərinə xəbərdarlıq edib

"Azercell" abunəçilərinə xəbərdarlıq edib
# 18 oktyabr 2016 07:01 (UTC +04:00)

Bakı - APA-Economics. Oktyabr ayının 20-də gecə saatları ərzində "Azercell Telekom" MMC tərəfindən göstərilən bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı elanda deyilir.

Xidmətlərin istifadəsində yarana biləcək çətinliklərə səbəb şirkət tərəfindən aparılacaq təkmilləşdirmə işləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR