Dini zəmində qanun pozuntuları ilə bağlı cəzalar ağırlaşdırılacaq

Dini zəmində qanun pozuntuları ilə bağlı cəzalar ağırlaşdırılacaq
# 19 oktyabr 2016 11:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər oktyabrın 28-də plenar iclasın müzakirəsinə çıxarılacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, ictimai yerlərdə, ibadətgahlardan kənarda dini ayinlərin keçirilməsi, dini ayinlərin və mərasimlərin əcnəbilər tərəfindən keçirilməsi, dini ekstremist materialların hazırlanması, dini fanatizm zəminində terrorçuluq, dini zəmində ayrı-seçkilik, dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı tələblərin pozulması və s.-lə bağlı sanksiyalar ayrı-ayrılıqda hər iki məcəllə üzrə müzakirəyə təqdim olunacaq.

Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrum etməyə qədər cəzalardan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR