Azərbaycanda “Hərbi vəziyyət haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “Hərbi vəziyyət haqqında” qanun layihəsi hazırlanıb
# 21 oktyabr 2016 15:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Milli Məclisdən APA-ya verilən məlumata görə, “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi Azərbaycan prezidenti tərəfindən təqdim olunub.

Layihə hazırda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsindədir.

Sənəddə ölkədə hərbi vəziyyətin elan olunmasının qaydaları və şərtləri, bundan irəli gələn məsələlər yer alıb.

Layihənin bu sessiya müzakirəyə çıxarılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR