Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Dekabr
# 20 dekabr 2016 17:22 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Ötən il Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyədə baş verən bütün hadisələr Ankara-Moskva münasibətlərini pozmağa yönəlib. 15 iyul hadisələrinin, ard-arda baş verən terror aktlarının əsas məqsədlərindən biri də iki ölkə arasında gərginlik yaratmaqdır. Səfir Karlovun suiqəsd nəticəsində öldürülməsi də istisna təşkil etmir. Amma məqsəd təkcə Türkiyə ilə Rusiya arasında gərginlik yaratmaqdırmı? Xeyr, suiqəsd hadisəsində başqa mesajlar da var.

Hədəflərdən biri Türkiyə prezidentidir, bu suiqəsdlə Ərdoğana “biz hələ varıq və güclüyük” mesajı verilir, FETÖ-yə qarşı mübarizənin əhəmiyyətsiz şey olduğu görüntüsü yaradılır, Türkiyə iqtidarı hesablaşmağa dəvət olunur. Daha bir mesaj Rusiya cəmiyyətinədir, “səfirinizin təhlükəsizliyi təmin oluna bilmirsə, sizin təhlükəsizliyinizə kim qarantiya verir” deyərək turistləri Türkiyəyə getməkdən çəkindirməyə çalışırlar.

Terror aktını kim təşkil edib? Cavab sadədir - aylarla heç bir tədbirə qatılmayan, az qala səfirlik binasından belə çıxmayan səfirin ilk dəfə tədbirə qatıla biləcəyindən xəbər tutanlar. Səfirin iş qrafikini, hərəkət qrafikini bilmək, öyrənmək PKK, İŞİD, yaxud Suriyada hansısa terrorçu qruplaşmanın bacaracağı iş deyil. Onlar bu sui-qəsddə yalnız icraçı ola bilərlər. Səfirin planlarını bilmək üçün ən müasir izləmə, dinləmə qurğularına, müasir peyk texnologiyalarına çıxışa malik olmaq lazımdır. Bu çıxışa kimin malik olduğunu söyləmək artıqdır, bunu yalnız Rusiya ilə üz-üzə gəlməyi göz önünə ala biləcək ölkənin xüsusi xidmət orqanları edə bilər. Təbii ki, suiqəsddə Türkiyə xüsusi xidmət orqanlarının zəifliyi də rol oynayıb.

Suiqəsd hamının unutmağa başladığı bir gerçəkliyi ortaya qoydu. İdarəetmənin bütün pillələrində, ilk növbədə isə siyasi qərarların qəbul edildiyi qurumlarda, güc strukturlarında FETÖ-yə qarşı gerçək mübarizə aparılmasa, İstanbul və Kayseridəki terror aktları, Ankarada Rusiya səfirinə suiqəsd sonuncu olmayacaq.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR