Dayısı oğlunu öldürən şəxsin məhkəməsi başlayıb

Dayısı oğlunu öldürən şəxsin məhkəməsi başlayıb
# 12 aprel 2017 09:47 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nurlan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 18-ə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il sentyabrın 26-da Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.

21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR