"Texnikabank”ın sabiq vəzifəli şəxsinin şikayəti təmin olunmayıb

"Texnikabank”ın sabiq vəzifəli şəxsinin şikayəti təmin olunmayıb
# 02 avqust 2017 10:47 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv olunmuş "Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, E. Seyidov bir müddət məntəqə tipli müəssisəyə köçürülməsi barədə Qaradağ rayon Məhkəməsinə müraciət edib. Müraciətdə onun xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

E. Seyidov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR