Azərbaycandan xaricə ixrac edilən müdafiə təyinatlı məhsulların həcmi 2,3 dəfə artıb

Azərbaycandan xaricə ixrac edilən müdafiə təyinatlı məhsulların həcmi 2,3 dəfə artıb
# 19 yanvar 2018 08:50 (UTC +04:00)

2017-ci ildə ixrac olunan müdafiə təyinatlı məhsulların həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artıb.

APA-nın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir.

2017-ci ildə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə də işlər davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR