Buzovna çimərliyində 4 tondan çox zibil toplanıb - FOTO

Buzovna çimərliyində 4 tondan çox zibil toplanıb - <span style="color: red;">FOTO
# 17 sentyabr 2017 09:02 (UTC +04:00)

Sentyabrın 16-da IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC tərəfindən 8-ci ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

IDEA İctimai Birliyindən APA-ya verilən məlumata görə, aksiya Buzovna çimərliyi ərazisində keçirilib.

Ümumilikdə 200 nəfərdən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 4 tondan çox tullantı toplayıblar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib. Tullantılar ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Özəl şirkətlər və ölkəmizdəki diplomatik nümayəndəlikləri təmsil edən şəxslər, Bakı Dövlət Universiteti, Azerbaycan Diplomatik Akademiyasi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və orta təhsil müəssisələrindən olan gənclər IDEA-nın təşəbbüsünə könüllü olaraq qoşulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR