Bəzi publik hüquqi şəxslərə subsidiyaların ayrılması davam edəcək

Bəzi publik hüquqi şəxslərə subsidiyaların ayrılması davam edəcək
# 20 oktyabr 2017 11:49 (UTC +04:00)

2018-ci ildə dövlət büdcəsindən publik hüquqi şəxslərin subsidiyalaşdırılması davam etdiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Sənəddə vurğulanıb ki, Bakı Nəqliyyat Agentliyi, Dənizkənarı Bulvar İdarəsi, "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Müəllif Hüquqları Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti, Dövlət Akkreditasiya Xidməti, Texniki Tənzimləmə v Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə qismən maliyyə yardımının ayrılması (subsidiya) üçün 2018-ci ilin dövlət büdcəsindən 110,8 mln. manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR