Nazir: “Türkiyə-Azərbaycan-Gürcüstan iş birliyi çox önəmlidir”

Nazir: “Türkiyə-Azərbaycan-Gürcüstan iş birliyi çox önəmlidir”
# 28 noyabr 2017 10:04 (UTC +04:00)

“Türkiyə-Azərbaycan-Gürcüstan iş birliyi çox önəmlidir.”

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan deyib.

Nazirin sözlərinə görə, hər üç ölkə Avropa və Asiya arasında yük daşınmaları sahəsində orta dəhlizi canlandırmaq üçün işlər görür: “Orta dəhlizi daha effektiv hala gətirməklə, ölkələrin iş birliyi xalqların rifahı və iqtisadi inkişafın əldə olunmasına yönəlib”.

A.Arslan deyib ki, üç ölkə ortaq dəhlizin daha cəlbedici olması və onun dünya yük daşınmalarında daha böyük üstünlüklərə malik olması üçün iş birlikləri həyata keçirilir: “İpək yolu” forumu çərçivəsində keçirilən görüşlərdə bir çox ölkələrin nümayəndələri də Türkiyə, Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR