Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
# 31 may 2018 12:26 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR