Lavrov və Çavuşoğlu Suriya nizamlanmasını müzakirə ediblər

Lavrov və Çavuşoğlu Suriya nizamlanmasını müzakirə ediblər
# 11 fevral 2018 23:53 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi telefon danışığı zamanı Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresinin yekunları nəzərə alınmaqla Suriyadakı böhranın Astana formatında nizamlanması məsələsini müzakirə edib.

APa-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresi Konstitusiya komissiyasının yaradılmasına dair qərar qəbul edib. Komissiya Cenevrədə fəaliyyət göstərəcək. İraq və digər ölkələrin nümayəndə heyətləri konqresdə müşahidəçi qismində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR