"Azəravtoyol"da növbəti qanvermə aksiyası keçirilib

"Azəravtoyol"da növbəti qanvermə aksiyası keçirilib
# 20 fevral 2017 11:00 (UTC +04:00)

“Azəravtoyol” ASC-də 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə "Qan verməyə ayrılan bir saat vaxt, bir həyata bərabərdir!" şüarı altında qanvermə aksiya baş tutub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qanvermə aksiyası Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Federasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçirilib.

Aksiyada “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Cəmiyyətin Aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.

Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR